İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel COP29 ilə bağlı paylaşım edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı paylaşımında “ədalətli və inklüziv keçid” üçün çağırış edib.

“Report” xəbər verir ki, bu barədə belçikalı siyasətçi “X” sosial şəbəkəsində qeyd edib.

“Kollektiv mübarizəmiz ekzistensial önəm daşıyır. Kollektiv intihar yerinə sağ qalma instinktini seçməliyik. Eyni zamanda, ədalətli və inklüziv keçid üçün tədbir görməliyik”, – o yazıb.

Aİ-nin ali məmuru Avropa icmasının “bu çağırışı qəbul etməyə hazır” olduğunu vurğulayıb.

Xatırladaq ki, noyabrın 10-dan 11-nə keçən gecə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Günorta isə Aİ liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutub. Daha sonra Mişel sosial şəbəkədə Brüsselin “Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri əvvəlki kimi dəstəkləməyə hazır” olduğunu bildirib.

Screenshot_1.png (225 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR