Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının (Aİ) Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişafında strateji marağı var.
“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkədə bildirib.
“Aİ-nin Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühitdə, habelə Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişafında strateji marağı var. Kipr [münaqişəsinin] nizamlanması danışıqlarını bərpa etmək və irəliləyiş əldə etmək vacibdir. Aİ bu baxımdan BMT-nin rəhbərlik etdiyi prosesi dəstəkləməkdə fəal rol oynamağa hazırdır”, – Mişel vurğulayıb.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ