Onlayn ictimai-siyasi qəzet
“Bir daha təkrar edirəm - Paşinyanın xarici siyasət proqramı yoxdur. Hər şeyin kökündə yalnız xırda daxili siyasi hesablamalar dayanır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Suren Surenyants Teleqram kanalında yazıb.
“Məsələn, Serj Sarkisyan Qarabağdakı “humanitar böhranla” (ermənilərin uydurması - red.) bağlı məktub yazırsa, onun ardınca Paşinyanın tviti gəlir”, - deyə o qeyd edib.
Qeyd olunur ki, Ermənistanın eks-prezidenti 3 ölkənin - Rusiya, Fransa və ABŞ prezidentlərinə açıq məktubla müraciət edib.
Onun ardınca Paşinyan bu gün “Twitter” səhifəsində beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ