Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün İstanbulda yeni nümayəndə heyəti formalaşdırıb.
Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.
Heyət ümumilikdə 14 nəfərdən ibarətdir və tərkibində Ukrayna Xarici İşlər Nazirliyi, Prezident Ofisi, Silahlı Qüvvələr (VSU), Təhlükəsizlik Xidməti (SBU) və Kəşfiyyatın yüksək vəzifəli nümayəndələri yer alır.
Danışıqların detalları hələlik açıqlanmasa da, bu təşəbbüs Ukrayna ilə Rusiya arasında gərgin münasibətlər fonunda yeni diplomatik mərhələnin başlaya biləcəyindən xəbər verir. İstanbul isə yenidən iki ölkə arasında vasitəçi platforma rolunu oynamağa hazır görünür.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ