İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada yanğında zərərçəkənlərin sayı 10-a çatıb

Rusiya İstintaq Komitəsi Moskvanın Mıtnaya küçəsindəki yaşayış binasında baş verən yanğından sonra araşdırma aparır.

“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Məlumata görə, zərərçəkənlərin sayı 10-a çatıb. Nazirlik bir nəfərin həlak olduğunu təsdiqləyib. Bildirilib ki, yanğın söndürülüb. Hadisə yerinə FHN-in 34 əməkdaşı və 10 texnika cəlb edilib.

Məlumata görə, yanğın bu gün gecə baş verib və dördüncü mərtəbədəki iki mənzili və eyvanı əhatə edib. Yanğınsöndürənlər binadan 15 nəfəri təxliyə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR