İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov “Sea Breeze”də pulsuz çimərlik açdı - VİDEO

Tanınmış azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov ona məxsus “Sea Breeze Resort Baku” istirahət kompleksinin ərazisində pulsuz çimərlik sahəsinin istifadəyə verildiyini elan edib.

Musavat.com xəbər verir ki, o, bu barədə rəsmi Instagram səhifəsində video paylaşaraq izləyicilərinə məlumat verib.

Ağalarov paylaşımında qeyd edib:

“Ərazimizdəki bu pulsuz çimərlik heç də pullu zonadan pis deyil.”

Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Qısa müddət ərzində 15 minə yaxın bəyənmə, minlərlə baxış və yüzlərlə şərh toplayıb. İstifadəçilər Emin Ağalarovun həm turizm sahəsinə verdiyi töhfələri, həm də sosial əlçatanlıq prinsipini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Sea Breeze” artıq bir neçə ildir ki, Xəzər dənizi sahilində yerləşən və lüks istirahət imkanları ilə seçilən kompleks kimi fəaliyyət göstərir. Bu dəfə Emin Ağalarov hər kəsin istifadəsi üçün açıq və keyfiyyətli çimərlik təqdim edərək bölgənin turizm potensialını daha da artırmağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR