İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qayınana"da mənə zülm verdilər"

Əməkdar artist Qorxmaz Əlilicanzadə "Qayınana" serialında yaşadığı çətinlikdən danışıb.

Aktyor "Elgizlə izlə" verilişində ekran işində ona qarşı haqsızlıqlar edildiyini bildirib:

"Rejissor filmə cavabdeh olur, yeni adam tapıb, aktyor yetişdirir. İndiki rejissorlar aktyorla işləməyi bacarmırlar. Aktyorun öhdəsinə verirlər hər şeyi. "Qayınana" serialında zülm çəkdim. Rolumu sıxırdılar. Mənə rol verdilər, xırda rollar oldu. Hamıya böyük yer ayırırdılar. Təsəvvür edin, sonda bir rol oldu: gəlib, deyirdim, arvad, gedirəm, mağazadan müğayət ol. Sonda gəlirdim, nə etdin? Dedim ki, dayanın, kim istəyir gəlib oynasın. Gedib məndən şikayət etdilər ki, özündən söz artırır. Məni əzməyə başladılar. Hətta baş rolda adımı yazmadılar. İndi həmin rejissorla haradasa üz-üzə gəlməyi gözləyirəm. Hamının içində onu pərt edəcəyəm".

Qeyd edək ki, sözügedən serialın rejissoru Rüfət Şahbazov idi. Ekran işi 2011-ci ildə çəkilib.//Axşam.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR