İnsanlara hürriyət, millətlərə istiqlal!

Şanlıurfada partlayış olub, ölənlər və yaralananlar var

Bu gün Türkiyənin Şanlıurfa şəhərindəki bir binada partlayış olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Zədələnən binadan insanlar təxliyə olunub və digər təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonunun partlaması ehtimalı yüksək olsa da, hələ dəqiq deyil.

Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR