İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Şahramanyanın çıxışı gözlənilir

Özünü qondarma “DQR”in “prezidenti” adlandıran Samvel Şahramanyan tezliklə ictimaiyyət qarşısında çıxış edəcək.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Əziz həmvətənlər, bəzi KİV-lərdə və sosial şəbəkələrdə sentyabrın 19-da baş vermiş hərbi əməliyyatlardan sonra “Artsax Respublikası hökuməti”nin (qondarma-red.) müxtəlif vətəndaşlardan mənzillər və ya daşınmaz əmlak alması, kredit və ya nağd pul verməsi barədə yayılan yalan məlumatlar həqiqətə uyğun deyil.

Bu cür məlumatı olan vətəndaşları Ermənistan Respublikasının hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa və cinayətlə bağlı müvafiq hesabatlar təqdim etməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, prezident Samvel Şahramanyan yaxın vaxtlarda ictimai çıxışında bu və bir sıra digər məsələlərə toxunacaq”, - deyə qondarma qurumun İrəandakı mətbuat mərkəzi bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR