İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Karapetyan: “Müxtəlif qüvvələr Ermənistanı Rusiyanı tərk etməyə sövq edir, buna yol vermək olmaz”

Ermənistanda son aylarda vüsət alan təhlükəli impulsları və tendensiyaları nəzərdən qaçırmaq mümkün deyil. Bu gün müxtəlif qüvvələr Ermənistanı açıq şəkildə Rusiyadan əl çəkməyə və tarixi özünüməhvə doğru addım atmağa sövq edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Sahibkarlar Assosiasiyasının rəhbəri, milyarder biznesmen Samvel Karapetyanın yaydığı bəyanatda deyilir.

“Həm Qarabağ (burada separatçı rejim nəzərdə tutulur-red), həm də Ermənistan üçün ağır nəticələrə səbəb ola biləcək belə qərarların qəbulunun qarşısının alınması olduqca vacibdir. Bu baxımdan, əvvəllər olduğu kimi, mən hesab edirəm ki, bu çox çətin tarixi dövrdə Qarabağın (qondarma, separatçı, oyuncaq rejim-red.) gələcəyinin təhlükəsizliyinin və onun sakinlərinin dinc həyatının yeganə təminatı məhz Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasıdır”,-deyə erməni biznesmen bildirib.

Samvel Karapetyanın sözlərinə görə, rəsmi İrəvan təhlükəsizliyə möhkəm təminat verəcək və Qarabağın Ermənistan üçün itirilməsinin qarşısını alacaq balanslaşdırılmış yanaşma nümayiş etdirməlidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR