İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Babayandan Şuşa döyüşləri barədə etiraflar: “3 gün ərzində 500-600 nəfər öldü”

“Müharibə zamanı nə etmək lazım olduğunu, hər şeyi necə təşkil etmək lazım olduğunu, minaları hara qoymaq lazım olduğunu aydın şəkildə izah etdim, amma ifaçıların beyni sıfır idi”.

Bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Qarabağdakı separatçı-terrorçuların keçmiş “komandanı” Samvel Babayan deyib.

Şuşanın Azərbaycan ordusu tərəfindən azad olunmasından danışan Babayan bildirib:

“Təhlükəsizlik Şurasının iclasında dedim: ya Rusiya bizə silah verir, ya da biz heç nəyə imza atmırıq, Qarabağı tərk edirik. Dedim heç nəyə imza atma! Dediniz ki, Azərbaycan qalib gəldi, yox, 50/50 idi. Televiziyadan bilsəm ki, Təhlükəsizlik Şurasının katibi, prezident imzalayıb, onda mənim qalmağıma nə ehtiyac var? Hər şeyi izah etdim: harada, nə etməli. Təəssüf ki, ifaçıların beyni sıfır idi”. S.Babayan ardınca itkilərdən bəhs edib və konkret rəqəmlər açıqlayıb: “Azərbaycanlılar Şuşaya noyabrın 4-5-dən daxil olublar, 5-6-dan girdiklərini desələr də, əslində 4-5 olub. Dedim ki, Sığnaqa yolu kəsib onların problemini həll etmək lazımdır. Amma məni dinləmədilər, təklif etdiyimi etmədilər. Həmin mərhələdə komandir əvəzi dedi: yaxşı, bu, Samvel Babayanın işidir, bununla məşğul olmaq istəyir, bu bizim işimiz deyil, mən nə etdiyimi bilirəm. Nəticədə 3 gün ərzində 500-600 nəfər öldü”.

S.Babayanın sözlərinə görə, onun bütün ifadələri əsasında araşdırmalar aparılır və özü iş üzrə şahiddir: “Bütün iştirakçılar gedib ifadə verirlər. Kimin gəldiyini bilirəm, çox pis vəziyyətdədirlər. Məndən soruşurlar, mən hər şeyin necə baş verdiyini təsvir edirəm, sonra bu adamları çağırırlar, məlum olur ki, mənim sözlərim realdır, başqalarının dedikləri doğru deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR