İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Babayan: Düşünürəm ki, Qarabağ dəftəri artıq bağlanıb

Bu gün mən Azərbaycanın Qarabağ separatçıları (mətndə uydurma bir ad göstərilib-red.) ilə danışıqlarının bərpası ehtimalını sıfır faiz hesab edirəm.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağ separatçılarının qondarma “Təhlükəsizlik Şurası”nın “keçmiş katibi” Samvel Babayan bildirib.

O niyə bir neçə gün əvvələ qədər bu imkanları tükənmiş hesab etmədiyini, lakin indi hər şeyin bitdiyni etiraf edib.

“Həm Azərbaycan, həm də Ermənistan danışıqları bərpa etməyə meylli deyil. Vaxt keçdi, Qarabağla heç kimin maraqlanmadığı məlum oldu və bununla da, məncə, artıq bu səhifə bağlanıb”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR