İnsanlara hürriyət, millətlərə istiqlal!

Samuxda Qarabağ qazisi özünü yandırdı- Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq bu gün Samuxda Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Musavat.com-un prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Musavat.com bildirir ki, Təbriz Abdullayev  "Gənc Qazilər" İB-nin Samux rayon Filialının sədridir.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya - Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR