Onlayn ictimai-siyasi qəzet
Aşıq Samirə Əliyeva Novruz bayramını Xankəndidə keçirib.
İfaçı oradakı sakinlərin qapısına papaq atıb. Həmin anları izləyiciləri ilə bölüşən Samirə bunları yazıb:
"Bir zamanlar evlərindən yeni didərgin düşmüş insanların qapılarına papaq atanda əksəriyyəti heç qapını açmırdılar. Uşaq idim deyə küsürdüm. Başa düşmürdüm ki, axı faciə yaşayan insanlarda hansı bayram əhvalı ola bilər, ay Samirə? Bəlkə süfrələri də boşdur. Allaha həmd olsun, o qəmgin xatirələri bu gün xoş xatirələrlə əvəz etmək nəsibimiz oldu. Elindən, obasından didərgin düşənlər artıq öz isti yuvalarına dönüblər, bayramı elə bayram əhval-ruhiyyəsində qeyd edirlər. Bu xoş günləri bizə yaşadan Allaha həmd olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".//Axşam.az
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ