İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Piriyevin xanımının məktəb direktoru ilə bağlı iddialarına CAVAB

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva 42 nömrəli məktəbin direktorundan şikayət edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə sosial şəbəkə hesabında paylaşım edən A.Piriyeva bildirib ki, sözügedən təhsil müəssisəsinin direktoru qızına geyindiyi ətəklə bağlı irad tutub.

Valideynin sözlərinə görə, bu zaman özü də övladının yanında olub: “Bu 42 saylı orta məktəbin direktoruna əncam çəkən olsa idi, şagirdlərin və valideynlərin canı dincələrdi. Yaxşı ki, mən Fərəhin yanında idim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki, nə ətəyidir, bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur? Cavab verir ki, Fərəhin ətəyi ağ rəngdədir. Amma düz demir, çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, siz rəngləri ayırd edə bilmirsiniz. O gün də bir məktəbli qızın üzərinə qışqırıb”.

Məsələ ilə əlaqədar 42 nömrəli məktəbdən sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərara əsasən 42 nömrəli məktəbin Pedaqoji Şurası tərəfindən valideynlərin rəyi nəzərə alınaraq 4 nümunədə geyim formasından biri (mavi və boz) seçilib. Bununla bağlı öncədən valideynlərə də məlumat verilib: “24.09.2024-cü il tarixində məktəb rəhbərliyi tərəfindən şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) açıq rəngdə ətək geyindiyi üçün ona irad bildirilib və boz rəngdə ətək geyinməsi tövsiyə olunub. Valideyn isə irada görə məktəb rəhbərliyinə qarşı qeyri-etik ifadələr işlədib.

Övladları məktəbdə bu dərs ilindən təhsil alan valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, məktəbdaxili qaydalara hörmətlə yanaşsınlar və uşaqların məktəb mühitinə effektiv şəkildə uyğunlaşmasına dəstək olsunlar”.

Məktəbdən həmçinin qeyd olunub ki, eyni görünüşə malik olan məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Firəngiz Həmidovadır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR