İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda DƏHŞƏT! - Həyat yoldaşını və baldızını yaraladı

Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR