İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Rusiyaya NOTA VERDİ

Özbəkistan Xarici İşlər Nazirliyi, rusiyalı bir şəxsin özbəkistanlı taksi sürücüsünü “rusların qulu” adlandırmasına görə Rusiya XİN-ə rəsmi nota ünvanlayıb.

Musavat.com xəbər verir ki, notada həmin şəxsin kimliyinin müəyyən edilməsi və ona qarşı qanuni tədbirlərin görülməsi tələb olunub.

XİN-in mətbuat katibi Axror Burxanov bildirib ki, qurum mütəmadi olaraq KİV və sosial şəbəkələrdə yayılan məlumatları izləyir və belə hallar aşkarlananda digər ölkələrin səlahiyyətli orqanları ilə əməkdaşlıq edir.

O əlavə edib ki, vətəndaşlar harada yaşamalarından asılı olmayaraq dövlətin qoruması altındadırlar.

Qeyd edilən hadisənin görüntülərini təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR