Onlayn ictimai-siyasi qəzet
Keçmiş iqlim fəalı Qreta Tunberq “tərəfdarları ilə birlikdə Barselonadan Qəzza istiqamətinə yola çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Tunberqin seçdiyi gəmi — “Family Madeira” — 1969-cu ildə Britaniya ordusu üçün tikilmiş, 160 tonluq iri bir gəmidir. Əvvəllər xidməti məqsədlərlə istifadə olunan bu gəmi indi siyasi aksiyalarda işə salınır.
Jurnalistlərin hesablamalarına görə, Qəzzaya qədər olan marşrutda gəminin dizel mühərriki təxminən 5000 litr yanacaq sərf edəcək. Müqayisə üçün, bu qədər yanacaqla yüngül avtomobil Yer kürəsini iki dəfə dolana bilərdi. Halbuki Qreta Tunberq illər boyu avtomobillərin havanı çirkləndirdiyini deyərək onları “iqlim üçün böyük problem” adlandırmışdı. İndi isə onun öz səyahəti əsl “dizel sobası”na çevrilmiş gəmiylə həyata keçirilir.
Tunberqin gəmisi təqribən iyirmi gəmidən ibarət “Azadlıq flotiliyası”nın bir hissəsidir. Aralarında yelkənli yaxtalar da var, amma onlar belə ümumi yanacaq sərfini əhəmiyyətli dərəcədə azaltmır.
Bu, Qreta Tunberqin Qəzzaya çatmaq üçün ilk cəhdi deyil. İyunda o, oxşar aksiyada iştirak etmiş, lakin İsrail hərbçiləri gəmiləri saxlamış və Tunberqi tərəfdarları ilə birlikdə ölkədən deportasiya etmişdilər.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ