İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fənərbağça” və “Beşiktaş” “Real Madrid” ulduzunun izində

Türkiyə futbolu bu günlərdə transfer pəncərəsinin son günlərinin gərginliyi ilə yaşayır. “Fənərbağça” və “Beşiktaş” gözlərini “Real Madrid”in ulduz müdafiəçisi David Alabaya dikib.

Musavat.com-un məlumatına görə, İspaniyanın “Defensa Central” nəşri xəbər verir ki, hər iki klub Avstriya millisinin üzvü ilə bağlı “Madrid” rəhbərliyinə sorğu göndərib.

“Real”ın prezidenti Florentino Perez ulduz futbolçu ilə yolların ayrılmasına razıdır. Lakin 33 yaşlı müdafiəçi hələ klubunu tərk etmək istəmir.

Ötən mövsüm cəmi 14 oyun oynayan Alaba bu mövsüm bir dəqiqə də forma şansı qazanmayıb.

Türkiyə futbol ictimaiyyəti isə maraqla gözləyir: İstanbul nəhənglərinin bu transfer uğrunda yarışa girməsi çempionatın gedişatına əlavə həyəcan qatır. “Sarı-lacivərtlilər” heyətini gücləndirmək, “qara-ağlılar” isə rəqibinə psixoloji üstünlük yaratmaq istəyir.

David Alabanın seçimi yaxın günlərdə aydınlaşacaq. Super Liqada balansı dəyişə biləcək transferin reallaşıb-reallaşmayacağı maraqla gözlənilir.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR