İnsanlara hürriyət, millətlərə istiqlal!

Samara alov içində–uşaq bağçasından 300-dən çox insan təxliyə edildi


Rusiyanın Samara vilayətində güclü yanğın panikaya səbəb olub, yüzlərlə insan təxliyə edilib.

Musavat.com xəbər verir ki, Voljski rayonunun “Cənub şəhəri” yaşayış massivində güclü tüstü müşahidə olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə məhəllənin üzərində sıx dumanın yüksəldiyi aydın görünür.

Rəsmi məlumatda bildirilir ki, saat 13:43-də qamışlıq sahədə yanğın baş verdiyi barədə fövqəladə xidmətlərə məlumat daxil olub. Hadisə yerinə çatdıqda yanğının fəal yayılma sahəsi artıq 0,3 hektar təşkil edirdi.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı uşaq bağçasından 306 nəfər təxliyə edilib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan və ya həyatını itirən yoxdur.

Yanğının söndürülməsinə 54 nəfər xilasedici və 16 texnika cəlb olunub. Əməliyyat davam edir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR