Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Ukrayna arasında gedən danışıqlar prosesində ciddi irəliləyişin olduğunu söyləmək hələlik mümkün deyil.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Hazırda hər hansı proqressdən danışmaq çətindir. Gözləməyə dəyər – prosesin necə inkişaf edəcəyini görəcəyik. Heç kim asan yol gözləmir. Bu, çox çətin müzakirə olacaq, çünki tərəflərin mövqeləri tamamilə fərqlidir,” – deyə Peskov bildirib.
O həmçinin təsdiqləyib ki, Rusiya nümayəndə heyəti artıq İstanbulda Ukrayna tərəfi ilə üçüncü görüş üçün yola düşüb. Görüş bu axşam baş tutacaq.
Xatırladaq ki, tərəflər arasında əvvəlki görüşlərdə də ciddi fikir ayrılıqları müşahidə olunmuşdu və bu görüşdən də böyük irəliləyiş gözlənilmir.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ