Onlayn ictimai-siyasi qəzet
Son aylar ərzində erməni mediası (xüsusilə rusiyayönümlü) Nikol Paşinyanın reytinqinin aşağı səviyyədə olduğunu göstərib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Gallup”ın Ermənistan bölməsinin son məlumatlarına görə, onun reytinqi təxminən 9%-dir.
Lakin ABŞ-ın Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) sorğusunda Nikol Paşinyanın reytinqi 17% göstərilir. Eyni sorğuda müxalif liderlər arasında ən yüksək reytinq Robert Köçəryana aid edilir - təxminən 4%. Yeni sorğuda Samvel Karapetyan faktoru nəzərə alınmayıb.
Lakin sonradan məlum oldu ki, bu sorğunu əslində Beynəlxalq Respublikaçı İnstitutu deyil, onun sifarişi ilə “IPSС” konsaltinq şirkəti (digər adı ilə “Breavis”) həyata keçirib.
Elə bu anda ən maraqlı məqamlar ortaya çıxır. Erməni mediasına görə, Paşinyanın “yüksək” reytinqini göstərən bu şirkətin Serj Sarkisyanla çoxsaylı əlaqələri var. Məlumata görə, şirkətin təsisçisi Ovanes Qriqoryan Serj Sarkisyanın qohumudur. Hətta eyni mənbələr bildirir ki, Sarkisyan onun uşaqlarının xaç atasıdır.
Bu isə təsadüfi əlaqə deyil. Serj Sarkisyan prezidentliyi dövründə məhz bu yaxınlıq sayəsində Qriqoryanın rəhbərlik etdiyi şirkətə bir sıra imtiyazlar təqdim edib.
Musavat.com
25 Iyul 2025
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ