Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Aren Mkrtçyan sabiq prezident Levon Ter-Petrosyanı sərt şəkildə tənqid edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında 1 mart 2008-ci il hadisələrinə toxunaraq Ter-Petrosyanın mitinq iştirakçılarını tək qoyduğunu bildirib.
Mkrtçyan yazıb ki, Ter-Petrosyan evinə – ev dustaqlığına geri dönməyi seçdi və bu yolla tərəfdarlarını təhlükə altında tərk etdi. Deputat onu da xatırladıb ki, sabiq prezident həmin vaxt bu statusdan imtina edə bilərdi.
Deputat Levon Ter-Petrosyanın 1998-ci ildə istefa qərarını da tənqid edərək, onu “qərar qəbul etməyən hakimiyyət” anlayışı ilə ziddiyyət təşkil edən davranışda ittiham edib. Mkrtçyan keçmiş prezidentin 1996-cı il seçkilərində saxtakarlıq yolu ilə hakimiyyətdə qaldığını da xatırladıb.
Mkrtçyan paylaşımını belə yekunlaşdırıb: “Levon, sən harda, Nikol Paşinyan harda…”.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ