Onlayn ictimai-siyasi qəzet
Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev "Adana Dəmirspor"a transfer oldu.
Sabiq "Qarabağ"lının Türkiyə klubuna keçidi ilə bağlı müzakirələr bitmək bilmir.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib:
«Bir çoxları məni Şahruddinin gedişində rol oynadığıma görə təbrik edir. Bu məsələdə çox yalnış düşündüklərini deyə bilərəm.
Mənim heç kəslə qərəzim yoxdur. Obyektivlik əsas jurnalistika prinsiplərimdən biridir.
Əgər Şahruddinə qarşı qərəzli olsaydım, Türkiyəyə yollana bilməzdi. Necə?
Şahruddinin "Adana Dəmirspor"la transfer danışıqları davam etdiyi müddətdə klub prezidenti Murat Sancak ilə danışdım. Məndən ilk bu suala cavab verməyimi istədi. "Elçin, nasıl kaleci, ben bilmiyorum".
Qapıçının Adanaya transferini bir neçə fikirlə əngəlləyə bilərdim. Amma mən olduğundan da artıq tərif yağdırdım.
Axı biz azərbaycanlıyıq! Nəvaxta kimi bir-birimizə ölkə hüdudlarından kənarda "badalaq" vuracağıq?
Şahruddin, sənə inanırıq. Daim yanındayıq. Yəni, istəsəydim, Şahruddin transferinə "stop" qoya bilərdim".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ