İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahruddin Məhəmmədəliyev yenə səhvi ilə gündəm oldu -Video

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə oyunda etdiyi səhvlə gündəmə gəlib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, çərçivə qoruyucusu ötən gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Zirə” ilə matçın 50-ci dəqiqəsində səhvə yol verib.

Topu komanda yoldaşına ötürməyə çalışan Ş.Məhəmmədəliyev bunu bacarmayıb. Nəticədə “Qarabağ”ın qapısında təhlükə yaranıb. “Zirə”nin yarımmüdafiəçisi Rəhim Sadıxov isə fürsətdən yararlana bilməyib.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la matçda da analoji səhvə yol vermişdi və həmin epizod rəqibin qolu ilə nəticələnmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR