İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Mustafayevi Ermənistanda niyə müzakirə edirlər?

Sərhədin delimitasiyası üzrə komissiyaların dünən ilk görüşünün keçirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından biri Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin tərcümeyi-halıdır.

Erməni mediası Şahin Mustafayevin Noyemberyan rayonunun Cucevan kəndində (Qərbi Azərbaycanda) doğulmasına diqqət çəkir.

Onun 8-ci sinfə qədər kənd məktəbində təhsil aldığı və erməni dilini, eləcə də Ermənistan tarixini mükəmməl bildiyi, erməni diasporunu çox yaxşı tanıdığı qeyd olunur. Belə bir şəxsin sərhəd komissiyasına rəhbərlik etməsi erməniləri narahat edir.

“Delimitasiya və sülh sazişinin hazırlanması prosesi də proqnozların əksinə olaraq çox sürətlə gedir. Mayın 24-də baş nazir müavinlərinin iclası tələsik təşkil olundu. Reallıq budur ki, Azərbaycan tələsir, Ermənistan tərəfinin prosesi dayandırmaq imkanı isə yoxdur”, - erməni mediası qeyd edir./Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR