İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Cəfərli Zelenskinin son açıqlamasını şərh etdi

"Rusiya düşünür ki, doğrudan bunlar həmin xoxollardır? Yox, ola bilməz" 


Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlaması dünyaya yeni mesaj olub. Musavat.com xəbər verir ki, V.Zelenski Ukraynaya verilən ultimatumlardan danışıb: "Bizə ultimatum verirlər, deyirlər ki, bu maddələri yerinə yetirsəniz, müharibəni dayandırarıq. Bu, doğru deyil və hər hansı nəticəyə gətirib çıxarmayacaq. Məsələ məndə deyil, məsələ ondadır ki, hakimiyyət və xalq birləşib. Biz bunu edə bilmərik. Ukrayna ultimatumu yerinə yetirə bilməz, vəssalam. Fiziki olaraq mümkün deyil. Hamımızı məhv etsələr, o zaman ultimatum avtomatik olaraq yerinə yetiriləcək".

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop

Politoloq Şahin Cəfərli hesab edir ki, bu savaş bir daha Rusiyanın müasir Ukraynanı tanımadığınl, onun siyasi sistemini başa düşmədiyini, ukraynalıların mentalitetini bilmədiyini göstərib: "Moskva heç cür anlamır ki, necə ola bilər, Ukrayna kimi dünənə qədər bizim bir parçamız olan, əzdiyimiz, təhqir etdiyimiz, xoxol adı verib aşağıladığımız ölkənin rəhbəri öz parlamenti və xalqı ilə məsləhətləşmədən ona təklif olunan sənədi imzalamasın? Ümumiyyətlə, necə ola bilər ki, bu xoxollar bizim bütün dünyanı qorxuya salmış şanlı qızıl ordumuza müqavimət göstərsinlər? Bunlar həmin xoxollardır? Yox, ola bilməz. Bunlar olsa-olsa, beyni yuyulmuş və zombiləşdirilmiş bir qrup radikal ultramillətçi ünsürlərdir. Çünki tanıdığımız, normal xoxol belə işlərə qadir deyil".

Ş.Cəfərli müşahidələrinə əsasən hesab edir ki, bir çox azərbaycanlılar, o cümlədən bəzi təhlilçi və jurnalistlər də bu məsələdə Rusiya ilə paralel düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR