Onlayn ictimai-siyasi qəzet
Deputat Sahib Alıyev Milli Məclisin iclasında çıxış edib.
Musavat.com-un məlumatına görə, deputat bildirib ki, bir neçə saat sonra Azərbaycanın yaxşı da ki, təmsil olunmadığı Avropa Parlamentində mətni neçə gün öncə Parisdə yazılıb Brüsselə göndərilən qətnamə qəbul ediləcək:
“Bu kağız parçası həmən parlamentin yeni tərkibində də korrupsiyada suçlu bilinərək tutulan keçmiş sədrləri eva kaylinlərin, ölkəmizə yanaşmada nifrət ifritəliyi edən natali luazoların və xristian təssübkeşliyi adı altında elə həmən qərbin bizim regiondakı maraqlarına zərbə vurmağa çalışan təsir agentlərinin varlığını, digərlərinin isə məsuliyyətsizliklərini, Makron kimi sərişətsiz lidelərindən gələn əmrə yatımlılıqlarını göstərməkdən başqa heç bir anlam daşımır. Və bu qətnamənin məhz Kazanda BRİCS sammitinin keçirdildiyi gündə qəbulunun nəzərdə tutulması da çox şeydən xəbər verir. İlk növbədə ondan xəbər verir qərbdəki bəlli çevrələr qarşılarında necə bir səddin çəkilməyə başlandığını, Azərbaycanla Türkiyə Prezidentlərinin ora niyə qatıldıqlarını yaxşı anlayırlar. Və onu da yaxşı anlayırlar ki, buna səbəblərdən biri məhz hay faktoruna dayanaraq özlərinin 19-cu əsrdən, məsələn 1878 -ci ildə keçirilən Berlin Konqresindən qalma siyasətlərini davam etdirmələrindən, türkə qarşı düşmənçiliklərindən qaynaqlanır”.
S.Alıyev daha sonra sual etdi: “Azərbaycan Prezidenti cənab İlham Əliyevə ABŞ-nin dövlət başçısı Cozef Baydenin dünənki məktubundan da bu açıq-aydın görünmürmü? Həmən məktubdakı "əsrlər boyu davam edən münaqişə” deyiləndə görəsən nə nəzərdə tutulur? Ölkəsinin 19-cu əsrin 30-cu illərində Osmanlıya protestant missionerlərinin göndərilməsilə fitilləndirdiyi qarşıdurmamı? Əgər söhbət Azərbaycanla Ermənistan arasındakı münaqişədən gedirsə, onun nə vaxt meydana çıxdığı və ikinci Qarabağ savaşınadək niyə həllini tapmadığı Ağ evdəkilər üçün sirr olmamalıdr axı.
Eyni zamanda ən azından ortada 2009-cu ildə Barak Obamanın təkidli dəvətinin necə rədd edildiyi təcrübəsi varkən, cənab İlham Əliyevin heç bir vəchlə bizim milli maraqlarımıza cavab verməyən addımı atmayacağı da öncədən bəlli ola-ola bu məktub və BRİCS sammiti öncəsi Maykl Karpenterin Bakıya göndərilməsi nə üçün idi? Ermənistana onu revanşizmə həvəsləndirən növbəti hərtərəfli dəstəyə, bizə qarşı aparacaqları hayalətli informasiya savaşına haqq qazandırmaq üçünmü?
Əgər onlar dedikləri kimi doğurdan da regionda davamlı və ləyaqətli sülh istəyirlərsə, onda buna mane olan səbəbin aradan qaldırılması üçün Ermənistana ən azından çağırış etməlidirlər ki, konstitusiyanı dəyiş! Və Qarabağı özlər tərk edən hayların geri qayıtmaları məsələsini qaldırarkən Ermənistandan deportasiya olunan azərbaycanlıların da belə bir haqlarının olduğunu untmamalıdırlar”.
S.Alıyev spikerə xitabən bildirib ki, cənab Prezidentin bu yöndə yeritdiyi siyasətə uyğun olaraq dünən Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun yaradılmasına görə sizə təşəkkürümü bildirirəm: “Əminəm ki, öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşən bu ordu xalq qərbdəkilərin, yaxud da başqa yerdəkilərin nə düşünmələrindən asılı olmayaraq beynəlxlaq hüquqa dayanmaqla öz istəyini reallaşdıracaq ki, bunların arasında hazırda ən aktualı milli mühitin tam bərpası, yəni Qərbi azərbaycanlıların öz yurd yerlərinə dönməsidir”.
E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ