İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa İLGİNC çağırışlar artıb

"Müxtəlif dövlətlərin və mərkəzlərin ABŞ-ın yeni prezidenti seçilən Donald Trampdan fərqli gözləntiləri və istəkləri var. Hər bir dövlət Trampın məhz onların maraqlarını və gözləntilərini nəzərə alacağına ümid edir".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq ölkələrin Trampdan gözləntilərini bu cür təhlil edib:

"Rusiya hesab edir ki, Tramp Ukraynaya maliyyə və hərbi yardımı dayandırmalıdır. Ukrayna bunun əksinə ümidlidir. Pekin Trampın Çinlə ticarət müharibəsinə başlamamasını istəyir, Dehli isə Trampın keçmiş prezidentlik dövründə Hindistanla strateji tərəfdaşlığı gücləndirəcəyinə əmindir.

Qərbli ekspertlər Donald Trampın Ağ Evə qayıdışını Filippinin müdafiə strategiyasını yenidən formalaşdıra biləcəyinə yol açacağını düşünürlər. Manilanın Vaşinqtonla təhlükəsizlik əlaqələrini gücləndirməkdən başqa alternativi yoxdur, əks halda Filippin Cənubi Çin dənizində Çinlə üz-üzə qalacaq. Çin isə bu bölgədə hərbi gücünü getdikcə artırır. Bu bölgədə Çinə qarşı müxtəlif siyasi bloklar formalaşdırılıb. Bu bloklarda başda ABŞ olmaqla, Böyük Britaniya, Avstraliya, Hindistan və Yaponiya kimi dövlətlər yer alıblar. Donald Tramp NATO-nun varlığına şübhəylə yanaşsa da, Cənubi Çin dənizindəki blokların əleyhinə olmaz. Çünki NATO-dan fərqli olaraq ABŞ-ın Asiyadakı bloklarına xərc çəkmək lazım deyil. Keçmiş iş adamı olan Tramp isə ABŞ-dan kənarda müdafiəyə və təhlükəsizliyə pul xərcləməyin əleyhinədir".

Elxan Şahinoğlu qeyd edib ki, Dünya Uyğur Konqresi də Donald Trampa müraciət edərək gələcək prezidenti Çində uyğurların problemlərini diqqətdə saxlamağa çağırıb:

"Trampa ünvanlanmış məktubda uyğurların səsinin eşidilməsini təmin etmək üçün yeni administrasiya ilə birlikdə çalışacağı inamı vurğulanıb. Donald Trampın prezidentlik dönəmində dövlət katibi olan Mayk Pompeo Çində uğurlara qarşı tətbiq edilən siyasəti sərt tənqid etmişdi. Bayden administrasiyası bu siyasəti davam etdirmişdi. Tramp administrasiyasının uyğur mövzusunu diqqətlə saxlayacağını söyləmək çətindir. Donald Trampın Çinlə münasibətlərdə əsas siyasəti bu ölkənin iqtisadi imkanlarının məhdudlaşdırılması olacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR