İnsanlara hürriyət, millətlərə istiqlal!

Amsterdamda yəhudilərə qarşı kütləvi hücumlara başlanıldı - VİDEO

Amsterdamda yəhudilərə qarşı kütləvi hücumlara başlanılıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, videoda bir yəhudini çaya necə atdıqları görüntülənib. Ondan “Azad Fələstin” qışqırmasını tələb edirlər.

O da qeyd edilir ki, Amsterdamda israillilərə təlimat göndərilib:

“Küçələrdə gəzib dolaşmayın və tez bir zamanda İsrailə qayıdın”.

Eyni zamanda, Amsterdamda İsraildən olan “Makkabi” komandasının azarkeşlərinə də küçədə hücum edilib. Poqromlar yerli komandanın 5:0 hesabı ilə qələbəsi ilə başa çatan “Ayaks” və “Makkabi” arasında Avropa Liqası matçından sonra başlayıb.

İsrail mediasının məlumatına görə, hücum nəticəsində bir neçə nəfər ciddi xəsarət alıb və bəzilərinin pasportları oğurlanıb. Hüquq-mühafizə orqanları onlarla insanı saxlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu Amsterdam polisini “iğtişaşçılara qarşı qətiyyətli və sürətli addımlar atmağa” çağırıb. Həmçinin İsrail vətəndaşlarını geri aparmaq üçün Niderlanda iki təyyarə göndərməyi planlaşdırır.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR