İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya Qazaxıstanın 6 şirkətinə sanksiya tətbiq edib

Noyabrın 7-də Böyük Britaniya Rusiya hərbi-sənaye kompleksinə qarşı bir sıra yeni sanksiyaların tətbiq olunduğunu elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yenilənmiş siyahıya hüquqi ünvanları Qazaxıstanda qeydiyyatdan keçmiş bir neçə şirkətdə daxildir.

Böyük Britaniya hökumətinin saytına görə, Rusiyaya qarşı bu sanksiya paketi 2023-cü ilin mayından bəri ən böyük sanksiyalar paketinə çevrilib.

Qeyd olunur ki, sanksiyalar Çin, Türkiyə və Mərkəzi Asiyada yerləşən , Rusiyaya mallar, o cümlədən dəzgahlar, mikroelektronika və pilotsuz uçuş aparatları üçün komponentlərin istehsalı və tədarükü ilə məşğul olan şirkətlərə qarşı tətbiq edilib.

Britaniya Xarici İşlər Nazirliyi sanksiyalara məruz qalan 28 şirkətin siyahısını dərc edib, onların arasında Qazaxıstan şirkətləri də var: Kazstanex LLP; Stanex Group LLP; Zapchasttrade LLP; CPS Energy LLP; Rabadaziya LLP; TawKz LLP.

Qazaxıstan mediası yazır ki, daha əvvəl “Kazstanex” şirkəti də Rusiyaya qabaqcıl texnologiya və avadanlıqların tədarükündə iştirak etdiyinə görə ABŞ-ın sanksiyalarına məruz qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR