Onlayn ictimai-siyasi qəzet
"Əl-Hilal"ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubunu tərk edə bilər.
BAKU.WS "Championat.com"a istinadən xəbər verir ki, futbolçu yanvarda komanda ilə müqaviləsinə xitam verəcək.
Qeyd olunur ki, Neymar artıq Braziliyanın "Santos"una keçmək üçün razılıq verib.
Bu mövsüm 32 yaşlı hücumçu uğurlu olmadığı iki matça çıxıb.
Xatırladaq ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Transfermarkt internet portalında verilən məlumata görə, 32 yaşlı hücumçunun bazar dəyəri 30 milyon avrodur.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ