Onlayn ictimai-siyasi qəzet
“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq.
Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliyə əsasən, “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan çıxarılır.
“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, həmçinin “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan da çıxarılır.
Dəyişikliklə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na daxil edilir.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ