İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX əməkdaşları Haçadağa yürüş təşkil ediblər

Zəfər Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Haçadağa yürüş təşkil ediblər.

Musavat.com-un məlumatına görə, yürüş iştirakçıları qarşıya çıxan maneələri uğurla dəf edərək təyin olunmuş yerə vaxtında çatıb, Haçadağın zirvəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar.

Həmçinin yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəklinin əks olunduğu və  Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatları nümayiş etdiriblər.


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR