Onlayn ictimai-siyasi qəzet
Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcilli tibbi yardım şöbəsinin müdiri Almaz Əsədova rayonun Düz Cırdaxan kənd orta məktəbində şagirdlərin zəhərlənməsi hadisəsi ilə bağlı Medianews.az-a açıqlama verib.
Almaz Əsədova bildirib ki, aprelin 11-i saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər (məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ