Onlayn ictimai-siyasi qəzet
"9-cu sinif buraxılış imtahanında xarici dil fənnindən esse yazdırmaqda məqsədin gənclərin xarici biliyə marağının artırılması, bu istiqamətdə əlavə bilik-bacarıqların verilməsidir".
Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, zaman-zaman belə addımların atıldığının şahidi oluruq, bunun hədəf və məqsədi məlumdur:
"Bunun təşviq məqsədi ilə edilməsi yaxşıdır. Ancaq biz esse yazılmasının praktikada nə qədər effektiv olduğunu təhlil etməliyik. Təhlil nəticələrinə uyğun olaraq, sonrakı mərhələlər üçün addım atmalı və qərar qəbul etməliyik. Hesab edirəm ki, praktikada bunun nə qədər real olduğu və həyata keçirilməsinin nə qədər mümkün olması məsələsi aktualdır".
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ