İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyandan Paşinyanla bağlı ŞOK İDDİA

Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan baş nazir Nikol Paşinyanın keçmiş prezidentlərlə debat keçirmək mövzusuna “maniakal dərəcədə bağlandığını” bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyan son 6 ay ərzində bu məsələni təxminən 30 dəfə gündəmə gətirib, hətta bir dəfə debatları özünün vaxtilə saxlandığı Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında keçirməyi belə təklif edib.

Zurabyan hesab edir ki, bu davranışın arxasında psixoloji gərginlik və ifşa olunmaq qorxusu dayanır:

“Dünyada heç bir lider öz sələfləri ilə debat aparmaq istəyi göstərməyib. Tramp, Makron, Starmer və digərləri belə addım atmazdılar. Paşinyanın bu həvəsi xəstəlik səviyyəsindədir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR