Onlayn ictimai-siyasi qəzet
Bakıda bodibilder möcüzə nəticəsində sağ qalıb — onun ürəyi yeddi dəfə dayanıb.
Musavat.com xəbər verir ki, hadisə idman zalında baş verib.
Uzun müddətdir bodibildinqlə məşğul olan gənc idmançı növbəti məşq zamanı ürək nahiyəsində ağrı hiss edib və məşqçisi Emin Babayev (Chagaev) tərəfindən Mediland Hospitala aparılıb.
Bu barədə anestezioloq-reanimatoloq Qulam Rüstəmzadə “Facebook” sosial şəbəkəsində yazıb.
Təcili yardım həkimi EKQ müayinəsində kəskin miokard infarktına xas olan dəyişikliklər müşahidə edib. Pasient təcili olaraq angioqrafiya əməliyyatxanasına alınaraq müdaxilə üçün hazırlanıb. Müdaxiləyədək 7 dəfə ürək dayanması olmuş və elektroşok ilə ürək yenidən işə salınıb. Ürəyin tıxanmış damarı həkimlər tərəfindən açılıb və stentlənıb.
"Pasient 2 gün sonra qənaətbəxş şəkildə evə göndərilib. Nəzərə çatdıraq ki, miokard infarktının səbəbi idman deyil, insanların dövri olaraq checkup müayinələrindən keçməməsidir", - deyə həkim bildirib.
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ