Onlayn ictimai-siyasi qəzet
Son aylarda Azərbaycanda xaricdən gətirilən ətin qiyməti yerli məhsulla müqayisədə xeyli ucuzlaşıb. Nəticədə, idxal ətinə tələbat kəskin artıb.
Artıq mağaza və bazarlarda Braziliya, Qazaxıstan, Monqolustan, Belarus, Ukrayna və hətta bəzi Avropa ölkələrindən gətirilən ət növləri üstünlük təşkil edir. Rəsmi statistikaya görə, ötən il Azərbaycana idxal olunan ətin həcmi 41 faiz artıb.
Xüsusilə Monqolustandan gətirilən ət məhsulları alıcılar arasında sürətlə populyarlıq qazanıb. Suallar var ki, ucuz idxal ətinin arxasında hansı səbəblər dayanır? Bu ətlərin keyfiyyəti və mənşəyi ilə bağlı nə qədər şəffaflıq var? Azərbaycan bazarını ələ keçirən ucuz monqol əti kimə və nəyə baha başa gələ bilər?
Onu da qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idxal olunan bütün ət və ət məhsulları yalnız heyvan xəstəliklərindən azad bölgələrdə yerləşən müəssisələrdən gətirilir və həmin müəssisələr agentlik tərəfindən təsdiqlənir. Və hər bir idxal partiyası mütləq şəkildə baytarlıq sertifikatı ilə müşayiət olunmalı və ölkəyə yalnız rəsmi təsdiqli sənədlərlə daxil olmalıdır.
Bəs mütəxəssislər nə deyir?
TV Musavat mövzu ilə bağlı hazırladığı videosüjeti təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ