Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Rohit Saqqi olacaq. Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.
VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcəklər.
Qeyd edək ki, "Park de Prens" stadionunda keçirələcək Fransa-Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45 də start götürəcək.
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ