İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdlərə işgəncə faktını ifşa edən müəllimənin özünü də məhkum ediblər

Yakutiyada uşaqlara qarşı zorakılıqdan danışan internat müəllimi Valentina Fyodorova 4 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, məhkəmə onu şagirdlərə işgəncə verməkdə və saxta sübut təqdim etməkdə ittiham edərək 4 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, məhkəmə ondan xəsarət alan uşaqların valideynlərinin xeyrinə 600 min rubl ödəməyə qərar verib.

2023-cü ilin iyul ayında Fyodorova həmkarı Mariya Anisimova ilə birlikdə internat məktəbinin müəllimi Lyubov Prokopyevanın uşaqlara təcavüz etdiyini bildirib. Onlar şagirdlərin zorakılıq haqqında danışdıqları videoları təqdim ediblər. Bu materialların dərcindən sonra Prokopyeva işdən çıxarılsa da, sonradan Fyodorovanın özünə qarşı da ittihamlar irəli sürülüb.

Müəllimin sözlərinə görə, vəziyyət açıqlandıqdan sonra uşaqlara təzyiqlər edilib və 2023-cü ilin dekabrında mediada oğlanlardan birinin məktubu çıxıb və həmin məktubda o, videonun silinməsini və şikayətlərini geri götürməsini xahiş edib. 2024-cü ilin yanvarında Fyodorova da işdən çıxarılıb.

Qadın son sözündə ittihamları yalan hesab etdiyini və internat məktəbinin keçmiş direktoru Oksana Vinokurova ilə münaqişə zəminində təqib olunduğuna əmin olduğunu bildirib. Fyodorovanın sözlərinə görə, əvvəllər qanun pozuntularına görə işdən çıxarılan Vinokurova ondan qisas almağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR