İnsanlara hürriyət, millətlərə istiqlal!

Saf sevgi, intriqa, intiqam… - Dramatik sonluqlu “Solğun sevgilər”

Cəfər Cabbarlının məşhur "Solğun çiçəklər" dramı bu dəfə tam müasir, fərqli quruluş və tərtibatda təqdim olunub. "OYUN" İnklüziv Teatrı həvəskarları peşəkar aktyorlarla birgə “Solğun sevgilər” tamaşası ilə teatrsevərlərin qarşısına çıxıb.

İnsanlara sevginin saflığını hər şeydən uca tutmağı tövsiyə edən tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.

Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar.

Birhissəli səhnə nümunəsində rolları Məleykə Cəfərova (Sara), Türkay Cəfərli (Bəhram), Ülviyyə Əliyeva (Gülnisə), Zümrüd Qasımova (Vicdan), Səbinə Məmmədova (Pəri), Xəqani Əliyev (Azad), Qəndaf Əkbərli (Dəniz), Rəsul (Rəsul Zəkiyev), Kamilə Xəlilova (Tamam), Babək İsmayılov (Əbdül), Rəsul Məmmədli (Vəkil), Rüxsarə Zeynalova (Bərbər) və Ceyhun Mahmudov (Ceyhun) ifa edirdilər.


Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

11 May 2025

BÜTÜN XƏBƏRLƏR