Onlayn ictimai-siyasi qəzet
Şabranda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonun Agalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Belarus” markalı traktor qarşı istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilinin yoluna çıxaraq ona çırpılıb.
Avtomobildə olan Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib.
Digər dörd nəfər isə – Şabran rayon sakinləri 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
19 Mart 2025
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ