İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq məmurların müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına REAKSİYA

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşlarının, o cümlədən MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklarının geri qaytarılması cəmiyyətdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Baş prokuror Kamran Əliyev yüksəkvəzifəli şəxslərin müsadirə olunmuş əmlaklarının geri qaytarılmasına münasibət bildirib.

O, bu barədə “Real TV”yə müsahibəsində danışıb.

Kamran Əliyevə ünvanlanan sual zamanı konkret ad çəkilməsə də, Baş prokuror qətiyyətli danışıb. O bildirib ki, bütün bu məsələlər Prokurorluq tərəfindən diqqətlə öyrənilir. Bununla bağlı zəruri tədbirlərin görülməsi, yəni, Prokurorluq tərəfindən protestlərin verilməsi nəzərdən keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR