İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahkı Almata görüşündə Zəngəzur razılaşması olacaq?

Rusiya nəşri iddia edir ki, Qazaxıstan, Azərbaycan və   Türkiyə dəhlizin təhlükəsizliyini Rusiya olmadan həyata keçirmək istəyirlər 

Sabah- mayın 10-da Almatıda  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş keçiriləcək.  Xarici işlər nazirləri arasında danışıqların Almatıda keçirilməsini bir neçə həftə əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səsləndirib və bu hadisənin simvolikliyini qeyd edib, çünki 1991-ci ilin dekabrında Almatıda MDB ölkələrinin müstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Almatı Bəyannaməsi imzalanıb. Eyni zamanda, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Astana Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçi olmayacaq: “Biz yalnız xoşməramlı xidmətlər  - “good office” dəstəyi göstəririk”.

Musavat.com xəbər verir ki, Rusiya mediasında da sabah keçiriləcək görüşə ciddi maraq var və bu maraq bəzi hallarda heç də yaxşı niyyətlə deyil. Məsələn, “Svobodnaya pressa” bu barədəki yazısına diqqət edək. Yazıda bildirilir ki, bundan əvvəl Azərbaycan  Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana Tiflisidə yüksək səviyyəli danışıqlar aparmağı təklif edib, amma Ermənistan  rtazılaşmayıb, Astana variantını isə uyğun hesab edib. “Ekspertlər bunun iki səbəb göstərirlər. Əvvəla, Azərbaycanla münasibətləri həll etmək üçün Rusiyanın danışıqlar formatından kənarlaşdırılmasını müdafiə edən Paşinyan “Tiflisinin arxasında Qərb deyil, Moskvanın dayanmasından” şübhələnirdi.

IMG_4314.jpeg (51 KB)

İkincisi, Rəcəb Tayyib Ərdoğan daha əvvəl Tiflis vasitəsilə Paşinyanla görüş təklifi aldığını bəyan etdikdən sonra  İrəvanın Gürcüstan hökumətinə inamı azaldı.  Tiflis regionda təhlükəsizliyin təmin edilməsinin əsas məsələlərinin həll olunduğu mərkəzə çevrilmək imkanından məhrum oldu. Bu kontekstdə Tokayevin Bakı ilə İrəvan arasında danışıqların Almatıda aparılması təklifi fərqli məna və yeni məzmun kəsb edir” deyə, nəşr bildirir. 

Nəşr yazır ki,  2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İrəvan “özünün çoxvektorlu deyilən xarici siyasətini modernləşdirərək Qərbə və türk dünyası ölkələrinə doğru sürüklənərək Rusiyadan uzaqlaşmağa başladı”.

“Hələ 2023-cü il oktyabrın 26-da Tbilisi Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan demişdi ki, İrəvan Gürcüstan vasitəsilə nəql olunan Rusiya qazından imtina edib, sovet dövründə olduğu kimi, Azərbaycandan da ala bilər. Lakin aprel ayında Tokayev İrəvana səfər edəndə ilk irəliləyiş əldə etməyə tələsən Qazaxıstan oldu. Bəzi erməni KİV-lərinin yazdığına görə, Paşinyana Azərbaycan üzərindən ticarət-iqtisadi əlaqələrin daha fəal inkişafı ilə yanaşı, Ermənistanın birləşdirilməsi ilə Qazaxıstan-Azərbaycan logistika “Orta Dəhlizi”ndə və Zəngəzur dəhlizinin Türkiyəyə çıxışında iştirak etmək təklif olunub.  Əlbəttə, Rusiyadan yan keçməklə.Eyni zamanda, Astana Ermənistanın Türkiyə ilə həmsərhəd olan Ararat və Araqatsotn bölgələrində öz konsulluqlarını açmaq niyyətindədir” deyə, “Svobodnaya pressa”iddia edir.

qazax.jpg (25 KB)

Rusiya nəşri iddia edir ki,  İrəvan və Astana Avrasiya İqtisadi İttifaqı, KTMT və MDB kimi inteqrasiya birliklərində ümumi iştirak edir, amma Tokayevin  Almatada görüş təklifində  “yeni diplomatik  oyununun konturları görünür: “Bundan əvvəl     Qazaxıstan Suriya nizamlanması üzrə Astana prosesindən çıxdığını elan etmişdi. İndi o, bir qədər itirdiyi beynəlxalq imicini İrəvan və Bakı ilə təmaslar vasitəsilə bərpa etməyə çalışır ki, Transqafqaz geosiyasətini maraqlarının əsas mərkəzinə çevirmək perspektivi  olsun. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar Qazaxıstanın rəsmi mediası tərəfindən “nə Rusiya, nə də Qərb vasitəçiliyinin nəzərəçarpacaq nəticə vermədiyi bir şəraitdə optimal həll yolu” kimi təqdim edilir”. Nəşri başqa bir iddiasına görə,  Rusiyanı Zəngəzur dəhlizində hərəkətin təhlükəsizliyini təmin etməkdən uzaqlaşdırmaq istəyirlər. “Qazaxıstanın Azərbaycan və Türkiyə ilə ittifaqda olduğunu heç kim gizlətmir. Tokayevin  növbəti addımı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ola bilər ki, bu da Rusiya ilə Azərbaycan və Ermənistan arasında imzalanmış 9 noyabr 2020-ci il tarixli sülh sazişinin müddəalarını tamamilə unutduracaq. Köhnə körpülərin yandırılması olacaq” 

Göründüyü kimi,  məqalədə Qazaxıstanın formalda olsa Almatada görüşə vasitəçiliyi və İrəvanın buna razılaşması Moskvanın bəzi dairələrində yaratdığı narazılıq ifadə olunur.     

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR