İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Ermənistan və Fransa silah müqaviləsi imzalayacaq

Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bildirib ki, Paris və İrəvan sabah Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin alınmasına dair sazişləri rəsmiləşdirəcəklər. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

“Ermənistana imkan verilməlidir ki, öz mülki əhalisini və sərhədlərini qorusun. Sabah biz Ermənistanın fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik, xüsusən də ölkəyə öz səmasının mühafizəsini təmin etməyə imkan verəcək müqavilə imzalayacağıq”, - nazir Parisien qəzetinə müsahibəsində bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR