Onlayn ictimai-siyasi qəzet
Ötən gün Bakıda 12 yaşlı qızın həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını yazmışdıq.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Musavat.com-a bildirib ki, azyaşlı ilə bağlı məlumat əldə edilən kimi dərhal Dövlət Komitəsi tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb:
“Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixososial yardım göstərilir. Onu da qeyd edim ki, ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir. Bundan əlavə, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra ictimaiyyətə aidiyyəti üzrə müvafiq məlumatlar veriləcək.
Xatırladaq ki, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə ötən gün sosial media hesabında bildirib ki, azyaşlının anası ikinci dəfə məhbus həyatı yaşayan şəxslə həbsxanada nikaha girib. Qadın qızlarının 11 və 6 yaşı olarkən onları 3 gün cəza çəkmə müəssisəsində qalmaq üçün özü ilə birgə ora aparıb. K. Ağazadə qeyd edib ki, 12 yaşlı qız həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Birlik sədrinin sözlərinə görə, hazırda 12 yaşı olan qız 7 yaşlı bacısının anasının əlindən alınmasını istəyir:
"12 yaşlı qız 2 sinif bitirib. Həbsdə olan atalığı isə cinsi zorakılığa görə məhbus həyatı yaşayır",- deyə o əlavə edib.
Şahanə Rəhimli
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ