Onlayn ictimai-siyasi qəzet
Şimalın (ehtimal ki, Rusiya nəzərdə tutulur – red.) çəkmələrini yalayan, öpən və Ermənistanın hakimiyyət təmsilçilərini, “Vətəndaş sazişi” partiyasını üçüncü ölkələrin maraqlarına xidmət etməkdə ittiham edənlər sadəcə özlərini aldadırlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Rustam Bakoyan tərəfindən səslənib.
O, müxalifətin siyasətini dəvəquşunun davranışı ilə müqayisə edib: “Onlar başlarını quma soxurlar. Amma onların vəziyyətində bu qum deyil, başqa yerlərdir. Onlar bədənlərini hamıya nümayiş etdirirlər, elə bilirlər ki, heç kim bunu görmür”, – deyə Bakoyan bildirib.
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ