İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilidən Gürcüstan hökumətinə ÇAĞIRIŞ

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili ölkədə tez bir zamanda hakimiyyətin dəyişəcəyini proqnozlaşdırır. O, hökuməti müxalifətlə danışıqlar masasına oturmağa və hakimiyyəti dinc yolla ona ötürməyə dəvət edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə məhkəmə iclasında bildirib.

Saakaşvilinin sözlərinə görə, heç kim xalqın iradəsinə müqavimət göstərə bilməz və hadisələr son dərəcə çətin ssenariyə görə çox sürətlə inkişaf edə bilər:

“İvanişvili (Bidzina İvanişvili hakim “Gürcü Arzusu” partiyasının qurucusu) hakimiyyətin sülh yolu ilə ötürülməsilə bağlı danışıqlar masasına oturmalıdır”.

Qeyd edək ki, Mixeil Saakaşvili 2021-ci il sentyabrın 29-da gizli şəkildə Gürcüstana gəlib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. Noyabrın 8-də yaxınlarının və vəkillərinin razılığı olmadan Rustavi şəhərindəki həbsxanadan Tbilisidəki həbsxananın xəstəxanasına köçürülüb. Ötən il mayın 12-də Saakaşvili Tbilisidəki “Vivamed” mülki klinikasına yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR