İnsanlara hürriyət, millətlərə istiqlal!

“Saakaşvili qan analizi verməkdən imtina edir”- İstintaq xidməti

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili istintaq hərəkətləri üçün qan analizi verməkdən imtina edib.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan Xüsusi İstintaq Xidmətinin nümayəndəsi Vasili Kakaşvili deyib.

“Mixail Saakaşvili bu gün istintaq hərəkətləri aparmaqdan imtina edib. Səhhətində problem olduğu üçün bunu etmək istəmir”, – o deyib.

Kakaşvilinin sözlərinə görə, istintaq eks-prezidentin mümkün zəhərlənməsi iddiası ilə bağlı Saakaşvilidən əlavə qan nümunələri tələb edib.

Həkimlər Saakaşvilini sağalda bilməyəcəklərini bildiriblər. Onlar Gürcüstanın eks-prezidentinin vəziyyətini ağır kimi qiymətləndirirlər. Saakaşvili həyatı üçün təhlükəli olan dördüncü mərhələdə yorğunluqdan əziyyət çəkir. Həkimlər hesab edirlər ki, belə davam edərsə, o, cəmi bir neçə ay yaşaya bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR